İş prinsipləri :: MEQA şirkəti



Baş səhifə / Necə edirik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

02.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

29.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

29.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

İş prinsipləri

MEQA şirkətinin müştərilərlə iş prinsipləri aşağıdakı kimidir:

  • Fərdi yanaşma - Hər bir iş öz-özlüyündə təkrarolunmazdır. Hər bir müştəri fərdidir və biz hər bir sifariş üçün bilavasitə həmin müştərinin tələbatına uyğun olan həll tapmağa çalışırıq;
  • Konkret nəticənin əldə edilməsi - Biz gördüyümüz işin müştərinin real tələbatına uyğun olmasına və onun biznesi üçün faydalılığına nail olmağı özümüzə borc bilirik;
  • Müştərinin prosesdə minimal iştirakı - Tərəf müqabilimizin tələbatının tamlığıyla ödənilməsi şərtilə qarşı tərəfin mütəxəssislərinin cari işlərindən ayrılmaması üçün müştərinin iş prosesində minimal iştirakını təmin edirik;
  • Uzunmüddətli və faydalı əməkdaşlıq - Biz əməkdaşlığımızı məhsulun təhvil-qəbul aktı ilə bitmiş hesab etmirik. Müştərilərimizi həmişə diqqət mərkəzində saxlayır və gələcək işlərində onlara yararlı olmağa çalışırıq.