Reklam :: MEQA şirkəti



Baş səhifə / Nələr edirik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

03.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

30.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

30.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

Reklam

Nisbətən gənc olmasına baxmayaraq, “marketinq” və “reklam” anlayışları insanların həyatına çox dərin və orqanik şəkildə sirayət etmişdir. Statistik göstəricilərə əsasən hər gün istehlakçılar təqribən 300-ə yaxın reklam məhsulu ilə rastlaşır, 100-ə yaxın reklam çarxını seyr edir. Təəssüf ki, bunların az bir hissəsi istehlakçıların diqqətini çəkir. Ən əsası isə istehlakçıda reklam edilən məhsul və ya xidmətdən yararlanmaq istəyini formalaşdırmaq, demək olar ki, çox az bir hissəsinə nəsib olur. Axı insanların motivləşdirilməsi və stimullaşdırılması çox incə və çətin iş kimi bir çox psixoloemosional amillərdən asılıdır.

Bildiyimiz kimi, heç bir şirkət yalnız istehsal etdiyi məhsullar (təklif etdiyi xidmətlər) hesabına uzun müddət uğurlu fəaliyyət göstərə bilməz. Bu ona görə baş verir ki, müasir zamanda düzgün aparılan inkişaf siyasəti mütləq şəkildə keyfiyyətli reklam üzərində qurulur. Çünki düzgün aparılan marketinqin köməyi ilə şirkətin imkanları və bazarın tələbatları bir araya gətirilir, yeni məhsullar və ya xidmətlər istehlakçılara təqdim olunursa,
maraqlandırıcı reklam həm şirkətin tanınmasına, həm də bu məhsul və ya xidmətlərin bazarda öz mövqeyini tutmasına, satışların artmasına kömək edir. 

Reklam
ın uğuru onun keyfiyyətlə və düzgün formada çatdırılmasından, auditoriayaya optimal təsirin hədəflənməsindən, bu təsirin sistemli şəkildə həyata keçirilməsindən də çox asılıdır. Məhz buna görə bu alətləri istehsalçı və istehlakçı arasında qüvvətli kommunikasiya forması kimi də hesab etmək olar.

Yuxarıda qeyd edilənləri toplayaraq bildirməliyik ki, şirkətin inkişaf strategiyasında reklam
ın rolunu qiymətləndirməmək olmaz. Ən azı insan psixologiyasına təsir etmək, onlarda motivasiya yaratmaq, stimullaşdırmaq, düzgün prioritetlər qurmaq imkanı baxımından reklamların zəruriliyi meydana çıxır.

Öz məhsulları və xidmətləri üçün bazarda mövqe tapmaq istənilən şirkətin işgüzar fəallığının əsasını təşkil edir, amma yaxşı təşkil edilmiş reklam məhsulları və xidmətləri yalnız satmalı deyil, emosiyalar və istəklər formalaşdırmalıdır. Əlbəttə, reklam satılan məfhumu təsvir etməli, insanlara bu məhfumu əldə etmələri üçün təkliflərini etməlidir. Lakin yaxşı və keyfiyyətli reklam insanların şirkət haqda yüksək fikirdə olmalarını stimullaşdırmalıdır. Çünki reklam birdəfəlik satışlar etməli deyil, o, şirkətə hörmət və etibar özülünü hazırlamalıdır. Axı zaman ötdükcə insanlar daha ağıllı və müdrik olmuş, reklam edilən hər bir məhfuma etibarsızlıq nümayiş etdirməyə alışmışlar. Odur ki, reklamın dürüstlüyü mütləq zərurət olmalıdır. İstehlakçı kütləsini bir dəfə aldatmış reklama heç bir vəchlə ikinci şans verilə bilməz.

Təcrübə göstərir ki, arsenalında qabaqcıl, dəqiq düşünülmüş, yüksək səviyyədə hazırlanmış güclü reklam olmadan heç bir şirkət bazarda uğurlu rəqabətli fəaliyyət göstərə bilməz. MEQA şirkəti olaraq biz bu
nun vacib olduğunu bir daha vurğulayır və bu sahədə öz xidmətlərimizi təklif edirik.